Premyer Liqa

Qurban Qurbanov “Yox, qələbə sözü verə bilmərəm”

“Sabahkı oyunun çətin olacağını bilirik. “Neftçi” yaxşı komandadır. Oturuşmuş heyəti var bu komandanın. Çətin olsa da hədəfimiz qələbə qazanmaqdı. Düzdü biz səfərdə oynayırıq və rəqibin qalib gəlmək şansları daha çoxdu, ancaq sona kimi vuruşacağımıza söz veririk”.

Bu sözləri idmanxeber.com-a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun təcrübəli mütəxəssisi sabah “Neftçi” ilə oyunda “Qarabağ” azarkeşlərinə qələbə vədi vermədi:

“Yox, qələbə sözü verə bilmərəm. Ancaq deyə bilərəm ki, sona kimi vuruşacağıq. Buradan xalsız ayrılsaq belə bu bizim üçün dəhşətli bir şey sayılmayacaq. Biz öz oyunumuzu oynamağa çalışacağıq. Bunu bacarsaq, xal qazana biləcəyik”.

Daha sonra Qurban Qurbanov Gelaşvilinin sabahkı oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı belə cavablandırıb:

“Hansı heyətlə meydana çıxacağımı deyə bilmərəm. Bunu sabah bilərik. Ancaq deyə bilərəm ki, Gelaşvilinin qol vura bilməməsi normal haldı. Hər bir hücumçu bu duruma düşə bilər. O, qol vurmaq üçün əlindən gələni edir, çalışır. Qarşıdakı turlarda özünü sübut edəcəyinə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43