• Ana səhifə
  • Müsahibə
  • Qurban Qurbanov Yurçeviçə cavab vermədi, yeni transferlərdən danışdı (MÜSAHİBƏ)
Müsahibə

Qurban Qurbanov Yurçeviçə cavab vermədi, yeni transferlərdən danışdı (MÜSAHİBƏ)

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ötən gün “Səbail”lə yoxlama görüşü keçirdi və qalib gəldi – 3:1.

Görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İdmanxeber.az saytına müsahibə verib.

  • Milli üzvlərinə istirahət vermişdiz. Yalnız Rahil Məmmədovu bugünkü oyunda meydana buraxdız. Niyə məhz Rahili?
  • Bu gün Rahilə ehtiyac da var idi. Həm də çempionatda ən az oynayan oyunçularımızdan biri idi. Millinin son oyununda da oynamamışdı və istədim ki, bu gün meydanda olsun
  • Bu oyun mən bilən planda yox idi. Avstriya toplanışına kimi Bakıda hər hansı bir yoxlama görüşü keçirəcəyiniz gözlənilmirdi…
  • Minimum ikitərfli oyun planlaşdırmışdıq. Məşq xatarketrli bir oyun oynadıq.
  • Bu oyunun hər hissəsi 30 dəqiqədən ibarət oldu. Bu nə ilə bağlı idi?
  • Komandanın oyunçuları 90 dəqiqə oynamağa hazır olmadıqları üçün 60 dəqiqəlik bir oyun keçirmək istədik. Hətta bu oyundan da, iki hissəli 30 dəqiqədən də narahatçılığım var idi.
  • Qeyri-rəsmi oyunlarda da olsa oğlunuz Musa Qurbanovu “Qarabağ”ın əsas komandasında gördük. Musada nəyi bəyənirsiz, nəyi bəyənmirsiz?
  • Təkcə Musa haqda danışmaq istəmirəm.Sadəcə gənclər öz üzərlərində biraz çox işləməlidirlər.
  • Yay transfer dönəmi başlayıb. Yeni oyunçuları ölkəmizə gətirmək çətindirmi?
  • Çətindir. Ancaq hələ ki, real bir şey yoxdu. Reeal bir şey olsa adlarını açıqlayacağıq.
  • Neçə futbolçu ilə anlaşmaq üzrəsiz?
  • Hələlik ispan futbolçu Romero ilə anlaşmaq üzrəyik. Ancaq digərləri ilə müsbətə doğru danışıqlar gedir.
  • Klub prezidenti açıqlama vermişdi ki, bu mövsüm daha yaxşı transferlərimiz olacaq. Qiymət və səvviyyə baxımından…
  • Biz həmişə itməşik kki, yaxşı transsferlərimiz olsun. Son ana kimi gözləmişik. Ancaq çox oyunçu transfer pəncərəsinin son gününə kimi gözləyirlər. Daha yaxşı çempionatlarda oynamaq istəyirlər. Alınmadıqda bizi seçirlər. Bizə son variant kimi baxırlar. Biz bir yaxşı transfer etdikdə belə sevinirik. Hər mövqeyə oyunçu axtarırıq. Bu istər müdafiə, istər qapıçı, istərsə də hücumçu olsun.
  • Geryenin məsələsi nə yerdədi? Gah “gedirəm” dedi, gah da “qalıram”…
  • Burdan gedəndə onunla şifahi razılıq əldə olunmuşdu. Ancaq sonra oxudum ki, “gedirəm” deyib. Lakin elə dediyi sözdən dərhal sonra fikrini dəyişdi. Geryedə belə şeylər olur (gülür). Böyük ehtimalla Geerye komandada qalacaq.
  • Millinin oyunlarına baxdınız?
  • Əlbəttə baxdım. Hər iki oyunda stadionda idim.
  • Milli necə təsir bağışladı?
  • Zamanla hər şey yaxı olacaq. Biz millinin yanında olmalıyıq. Bir azərbaycanlı olaraq hər zaman millinin yanında olacam.
  • Yurçeviç oyunsonrsı mətbuat konfransında “sizin ən yaxşı məşqçiniz Maltanı uda bilməmişdi” deyərək, sizin “bostanınıza” daş atmış oldu.
  • Mən belə şeylərə fikir bildirmək istəmirəm. Milli ətrafında çox danışmaq düzgün olmaz.
  • Mahir Əmrəli komandada qalacaqmı?
  • Bizə hər hansı bir rəsmi təklif yoxdu. Əgər belə bir təklif olacağı halda, biz də istəyirik ki, bizim oyunçularımız gedib yaxşı yerlərdə oynasınlar.

Oxşar xəbərlər

Qriqorçuk: “PAOK-la görüşdəki qələbə bizim üçün önəmli olacaq” (MÜSAHİBƏ)

admin

Səməd Nəsibov: “Biz gərək kimisə kiminləsə düşmən edək” (MÜSAHİBƏ, II hissə)

admin

Ruslan Abışov: “Modellə evlənmək istəsəm də, ailəm buna imkan verməz”

admin