Ölkə futbolu

Qurban Qurbanova “XAN” titulu verildi – FOTOLAR

Bu gün “Qarabağ”ın rəsmi fanklubu olan “İmarət” Fanklubu ilin yekun tədbirini keçirib. İlin yekunlarına həsr olunmuş toplantıda müxtəlif çıxışlardan sonra 11 nominasiyada mükafatlandırma olub. Belə ki “Qarabağ”ın inkişafı, tanıdılması və uğurlarında rolu olan insanlar fanklub tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar arasında klubun baş məşqçisi Qurban Qurbanov da olub. Azarkeşlər Qurban bəyə xüsusi geyim hədiyyə ediblər və onu “XAN” elan ediblər. 

Fotolar Derbi.az saytına məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43