İdman

Qurban Qurbanovdan ev “qadağası”

Qurban Qurbanov “Kəpəz” üzərində qələbə qazanan futbolçularına istirahət verməyib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Ağdam klubunun üzvləri oyundan sonra evə buraxılmayıb. Futbolçular klubun bazasında məskunlaşıb. 

Qurbanovun belə addım atmasına səbəb Avroliqanın 5-ci turunun “Slovan”la səfər matçı olub. Təcrübəli mütəxəssis oyunun ciddiliyini nəzərə alaraq komandaya istirahət verməyib və futbolçular bazadan evə buraxılmayıb.

Qeyd edək ki, “Slovan” – “Qarabağ” oyunu noyabrın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43