Kateqoriyasız

“Qurban Qurbanovdan yeni şeylər öyrəndim” – Kevin Medina

“Qarabağ”ın futbolçusu Kevin Medina “Planeta Futbol” nəşrinə açıqlama verib.

Kolumbiyalı müdafiəçi komandanın yun üslubunu bəyəndiyini söyləyib, baş məşqçi Qurban Qurbanov barədə müsbət fikirlər səsləndirib:

“Qurban Qurbanov çox yaxşı insandı. Mənim də çox sevdiyim iş tərzi var. Qurban Qurbanovun rəhbərliyi altında yeni şeylər öyrəndim. Futbolçulara aşıladığı inam bizim üçün böyük qazancdı. Məşqçinin yaratdığı sərbəstliyi və rahatlığı çox yüksək qiymətləndirirəm. “Qarabağ”ın oyunu İspan üslubuna yaxındır, topla çox oynamağı sevirik. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır”.

Gələcək karyerası haqda danışan Medina hələlik ölkəsinə qayıtmaq barədə düşünmədiyini söyləyib: “Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti məni daha çox cəlb edir”.

Kevin Medina “Qarabağ”a bu yay Portuqaliyanın “Şaviş” klubundan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43