Milli komanda

Qurban Qurbanovlu millimiz bu gün başlayır

Azərbaycan millisi qarşıdakı yoxlama oyunları üçün Bakıda təlim-məşq toplanışına başlayır.

İdmanxeber.com-un məlumatına görə, yığmamız bu gün saat 18:00-da ilk məşqinə çıxacaq.

Hazırlığa Tofiq Bəhramov adına Respublika stadionunda start verəcək millimiz növbəti məşqlərini Bakı Olimpiya Stationunda keçirəcək.

Qeyd edək ki, iyunun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43