Milli komanda

Qurban Qurbanovun başı dərddə: 6 ay olmayacaq!

Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Malta oyununda zədələnən “Qarabağ”ımızın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumun ciddi olduğu müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün yarımmüdafiəçi müayinə edilib.

Müayinəndən sonra futbolçunun ön carpaz bağlarının sıradan çıxdığını müəyyənləşib. Bu səbəbdən N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Klubun saytına açıqlamasında o bildirib: “Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdı. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43