Kateqoriyasız

“Qurban Qurbanovun bu fikri məni çox “tutdu”” – Kadi Borges

“Qarabağ”ın futbolçusu Kadi Borqes İctimai TV-də yayımlanan “Bol İdman” verilişinin qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə xoş sözlər deyib:

“Qurban Qurbanovun şəxsiyyətini tərənnüm etmək üçün xeyli danışmaq olar. Təkcə “Marsel”lə oyunda baş verənlər buna əsl nümunədir. İbrahima Vadjinin əlinə top dəyəndə qolun qeydə alınmadığı epizodu nəzərdə tuturam.

Söz tapa bilmirəm ki, şəxsiyyət kimi onu necə ifadə edim. “Marsel”lə matçdan sonra Qurban müəllimin mətbuata verdiyi açıqlama ilə tanış oldum. “Biz ancaq doğru yolla, dürüstlüklə uğur əldə etməliyik” fikri məni çox “tutdu”. Ümumiyyətlə, o, mənim həyatımda mühüm rol oynayan bir şəxsiyyətdir. Karyeramda dəyişikliklər baş veribsə, ilk növbədə Qurban Qurbanova borcluyam”.

Borqes cari mövsüm “Qarabağ”ın heyətində keçirdiyi 41 oyunda 17 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Elxan Məmmədov nəhayət Dadaşlinskinin verlişinə getdi

admin

Ağır atletimiz şəhid oldu

admin

“Qarabağ”ın adı ilə süni manipulyasiya edilir”

admin