Ölkə futbolu

Qurban Qurbanovun oğlu da “Qarabağ”a keçdi

Futbol üzrə Avropa Gənclər Liqasında yer alan “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası UEFA-ya sifariş ərizəsini göndərib.

İdmanxeber.com-un məlumatına görə, 40 futbolçu sözügedən siyahıda yer alıb. Həmin futbolçular arasında Musa Qurbanlının olması isə diqqət çəkib. Musa Qurbanlı “Qarabağ”ın əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğludu. “Neftçi”nin yetirməsi olan 15 yaşlı yeniyetmə futbolçu yeni klubunda 33 nömrəli forma ilə çıxış edəcək.

Əsas komanda kimi, gənclərin də rəqibi “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma” (İtaliya) olacaq. “Qarabağ” U-19 komandası ilk matçını sentyabrın 12-də Londonda “Çelsi”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43