İdman

Qurban Qurbanovun yubiley qələbəsi

Azərbaycan Premyer Liqasının XXVI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

 İdmanxeber.com-un məlumatına görə, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə komandasının qalib gəlməsinə şahid olub.

Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etmiş Ağasəlim Mircavadovdan geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43