Kateqoriyasız

Qurbanov 11 dəqiqə oynadı, “Hayduk” məğlub oldu

Xorvatiya çempionatında XXVI turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” səfərdə “Zaqreb”lə qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Ruslan matçın 79-cu dəqiqəsindən meydana çıxıb və komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qey edək ki, “Hayduk” hazırda 4-cü pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43