Kateqoriyasız

Qurbanov: “Bu cür havada gözəl oyun göstərmək olmur”

“Ağır hava şəraitində keçdi oyun. Güclü külək əsirdi. Bu cür havada gözəl oyun göstərmək də olmur. Bizim üçün bu gün daha çox yaxşı nəticə ilə ora getmək idi. Şükür Allaha 1:0 da olsa qazandıq. “Simurq” da yaxşı oynadı, biz də yaxşı mübarizə göstərdik”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu İlqar Qurbanov deyib.

Ağdam klubunun üzvü “Simurq” üzərindəki qələbəni şərh edərkən, meydan amilinə də toxunub:

Çox çətindi bu cür ot örtüyündə oynamaq. Tez yorulursan, istədiyin ötürməni verə bilmirsən, dönə bilmirsən. Topu da hiss edə bilmirsən. Əsas otun keyfiyyətini də verə bilmir”.

Qurbanov cavab qarşılaşması haqda isə bunları deyib:

“Kubok iki oyundan ibarətdi. Əsas o idi ki, qol buraxmadıq. Qol buraxmamamaq bizə önəmli idi. Hələ heç nə bitməyib. Səfərdə ağır oyunlar bizi gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43