25 Yanvar 2021
Dünya futbolu

Qurbanov irəlilədi, Bordin gerilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 455-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 976-cı pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 278 pillə geriləyib. Bordin italiyalı baş məşqçilər arasında sonuncu yerdə qərar tutub.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə “Atletiko” “sükanı arxası”nda olan Dieqo Simeone qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Şimali İrlandiya millisində daha bir itki

admin

“Mançester Yunayted” qələbə qazandı- VİDEO

admin

“Avrokuboklar üçün müəyyən planımız var” – UEFA prezidenti

admin