29 Sentyabr 2020
Kateqoriyasız

Qurbanov “Molde” ilə oyun haqda: “…iki gün vaxtımız oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlunatına görə, o, komandanın son durumu ilə bağlı danışıb:

“Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil”.

Bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. “Molde” fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qara Qarayev: “Son illərin ən yaxşı “Neftçi”sinə qarşı oynayacayıq”

admin

“Qarabağ”ın Nikosiyada oyuna bir gün qalmış planı

admin

“Neftçi”nin futbolçusu mərcdə uduzduğuna görə saçını boyadı – Foto

admin