İdman

Qurbanov “Neftçi”də (RƏSMİ)

“Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

1996-1997, 2004-2005-ci illərdə “Neftçi”də çıxış edən Qurbanov “Kəpəz”, “Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klublarında da oynayıb. “Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra “Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43