Milli komanda

Qurbanov Prosineçkinin köməkçisi oldu

Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçkinin köməkçiləri artıq məlumdur.

İdmanxeber.com-un məlumatına görə, millimizin sükanı arxasına keçən xorvatiyalı baş məşqçiyə bu işdə Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizov kömək edəcəklər.

Qeyd edək ki, Mahmud Qurbanovla Elxan Abdullayev yığmamızın sabiq baş məşqçisi Berti Foqtsun dövründə də millidə çalışıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43