Kateqoriyasız

Qurbanov və Bordin irəlilədi

Football World Rankings portalı 2020-ci il üçün dünyanın ən yaxşı məşqçilərinin ilk reytinqini dərc edib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan klublarının məşqçilərindən ən yüksək pillədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 4 pillə irəliləyərək 571-ci yerə yüksəlib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 818 xalla 674-cidir. İtaliyalı mütəxəssis bundan əvvəlki reytinqlə müqayisədə 3 pillə irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43