Ölkə futbolu

Qurbanov və Pivarnik bugün mətbuat qarşısına çıxacaqlar

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Viktoriya Plzen” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, avqustun 1-də “Azərsun Arena”nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. 

Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Viktoriya Plzen”in baş məşqçisi Roman Pivarnik isə avqustun 1-i saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Çexiya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43