Kateqoriyasız

Qurbanova 3 ölkədən təklif var

“Keşlə” komandası ilə yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanova üç ölkədən təklif var. 
Bu barədə “Report”a 29 yaşlı hücumçunun özü məlumat verib. Rusiya, Türkiyə və Qazaxıstan variantlarının olduğunu bildirən Qurbanov əlavə edib ki, harasa getmək üçün ilk növbədə, ölkəni tərk edə bilməlidir.
Forvard Azərbaycanda sərhədlərin avqustun 1-dək bağlı qalacağını xatırladıb: “Bu səbəbdən, gözləməli və səbrli olmalıyam. Transfer məsələsi üzərində agentlərim işləyir. Bütün dünyada pandemiya olduğu üçün bir az gözləməliyik. Əlbəttə, özüm ölkə xaricində çıxış etmək istəyirəm. Hər şeyin necə olacağını görəcəyik”.
Qeyd edək ki, Ruslan Qurbanovun “Keşlə” ilə başa çatan müqaviləsi yenilənməyib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43