Milli komanda

Qurbanovdan iddialı açıqlama: “Norveçi xalsız yola salmaq istəyirik”

“Sabahkı oyuna nikbin baxırıq. Futbolçulara inanırıq. Nə qədər çətin rəqib olsa da, Norveçi xalsız yola salmaq istəyirik. Futbolçular məsuliyyəti dərk edirlər. Düşünürəm ki, əhval-ruhiyyə yaxşıdır və futbolçularımız sabahkı oyuna hazırdırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri əsas millimizin baş məşqçisi Mahmud Qurbanov deyib.

Qurbanov sabah Norveçlə keçirəcəyimiz oyunla bağlı danışarkən daha sonra bunları dedi:

“Norveç millisini analiz etmişik və kimlərin oynadığını, hətta yaşlarını da bilirik. Bilirik ki, hər mövqedə təhlükəli oyunçularınız var. 15 nömrəli futbolçunuz, hücumda 10 nömrəli oyunçunuz bizə başağrısı ola bilər.

Norveç 10 il əvvəlkindən fərqli oynayır. Əks-hücumda oynayırlar, top saxlayıb, hücum qururlar, biz isə mübariz və kollektiv futbol oynayacağımıza ümid edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43