Milli komanda

Qurbanovlu millinin ilk qələbəsi – VİDEO

AVRO-2016-nın seçmə mərhələsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan millisinin Bakı şəhərində təlim-məşq toplanışı davam edir.

Yığma komanda təlim-məşq toplanışı çərçivəsində İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda U-21-lə yoxlama oyunu keçirib. Qarşılaşma 4:2 hesabı ilə milli komandanın xeyrinə başa çatıb.

Millimizin qollarını penaltidən olmaqla Mahir Şükürov, Rauf Əliyev, Araz Abdullayev və Məhəmməd Qurbanov vurub. U-21-in heyətində Namiq Ələskərov dubl edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43