Premyer Liqa

“Quru hava olsaydı, daha yaxşı olardı” – Elxan Abdullayev

Topaz Premyer Liqasında XVIII tura “NEftçi” – “Sumqayıt” oyunu ilə yekun vurulub

İdmanxeber.com-un məlumatına görə, oyun meydan sahiblərinin minimal  hesablı qalibiyyətilə yekunlaşıb – 1:0

Oyundan sonra “neftçi”nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Fərhad Vəliyevin fərdi ustalığı imkan vermədi ki, daha çox qol vuraq. Amma bu önəmli deyil. Əsas 3 xaldır.

– “Neftçi”nin oyununa “Sumqayıt”, yoxsa qar mane oldu?

– Mən qara necə şikayət edim? Quru hava olsaydı, daha yaxşı olardı.

– 4 oyundan sonra aydın oldu ki, “Neftçi”də irəliləyiş var. İcarəyə götürülən futbolçular haqda konkret qərar verilib?

– Bizdə yalnız Folprext və Dreksa icarəyə götürülüb. Folprexti istəsək, ala bilərik. Müqavilənin bəndində belə şərt var.

– Mahir Şükürov karyerasını bitirəcək?

– Bunu Mahirdən soruşun. Axı onun yerinə necə cavab verim? Hər şey özündən aslıdır. İstəsə, oynaya bilər.

– Boban Baykoviç legioner limitinə görə, ehtiyatda qalıb…

– Bu oyunda da tələb olunurdu ki, qapıda Vaylo olsun. Limit məsələsini də bilirsiz. Cavid, Fəhmin, Rəhman tam formada deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43