Ölkə futbolu

Qusarda ara qarışdı: Elvin Əsgərov qərəzçilikdə suçlandı

Bu gün Azərbaycan birinci divizionunun 27-ci turu çərçivəsində Qusarda keçirilən "Şahdağ" – "Qaradağ Lökbatan" matçında xoşagəlməz olay baş verib.

İdmanxeber.com-a verilən məlumata görə, 6 qolun vurulduğu matçda qalmaqal baş verib. Belə ki, Lökbatan klubunun bir penaltisi verilməyib. Bundan əlavə baş hakim Elvin Əsgərov qonaqların futbolçusu Ramal Hüseynova qırmızı vərəqə verərək onu meydandan qovub.

Qərəzli idarəçilikdə suçlayan qonaqlar matç sonunda hakimlə bağlı şikayətlərini oyunun protokolunda qeyd ediblər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43