19 Sentyabr 2024
Dünya futbolu

Qvardiola argentinalını buraxmaq istəmir

“Mançester Siti”nin rəhbərliyi Xulian Alvaresi heyətdə saxlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunu icarəyə götürmək istəyənlər olsa da, baş məşqçi Pep Qvardiola onu göndərməyi düşünmür. Argentinalı oyunçu isə davamlı forma geyinə biləcəyi kluba transfer olmaq istəyir.

Alvares ötən mövsüm “Mançester Siti”nin heyətində 54 oyun keçirib, 19 qol vurub. Futbolçunun 2028-ci ilə qədər Mançester klubu ilə müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43