20 Sentyabr 2024
Dünya futbolu

Qvardiola Avro-2024-də kimi favorit hesab edir?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Avropa çempionatında hansı komandaları favorit hesab etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bununla bağlı suala belə cavab verib:

“Almaniya və İspaniya turnirin qalibi ola bilər. İngiltərə? Qələbəyə getdikcə yaxınlaşırlar. Onların bu addımı atmasının vaxtı çatıb. Yarımmüdafiədə və hücumda çox yaxşı oyunçular var. Mən İngiltərədə yaşayıram, ona görə bu komandanın necə oynayacağı mənə daha çox maraqlıdı”.

Avro 2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43