Dünyadan

Qvardiola futbolçulara internetə girməyi qadağan etdi

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola yetirmələrinin daha çox bir-biri ilə ünsiyyətdə olması üçün maraqlı qərar qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı çalışdırıcı futbolçularına klubun bazasında internetə daxil olmaq və 4G mobil rabitə xidmətindən istifadəyə qadağa qoyub.

Klubun 31 yaşlı argentinalı müdafiəçisi Pablo Zabalete faktı təsdiqləyib: “Biz bazaya gələndə internet kəsilir. Qvardiola Wi fi və 4G bağlantılarını əngəlləyən sistem qurdurub. Ancaq mən həyatımdan razıyam. Qvardiola möhtəşəm məşqçidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43