Dünyadan

Qvardiola: “Mütləq qalib gəlməliyik”

Premyer Liqanın IX turunda "Mançester Siti" "Southempton"la qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola bu oyunun çətin keçəcəyini bildirib.

Mütəxəssis "müqəddəslər"in üzərində mütləq qələbə qazanmalı olduqlarını dilə gətirib:

"Southempton"un "İnter"lə oyununa baxmışam. Bu komanda bir çox komponentdə italyan klubundan güclü idi. Lakin "İnter"ə fərqlənmək üçün bir epizod da kifayət etdi. "Siti"ni olduqca çətin oyun gözləyir. Buna baxmayaraq mütləq qələbə qazanmalıyıq"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43