“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Yuventus”u çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya mətbuatı iddia edir ki, Qvardiola artıq “qoca sinyora”nın təklifinə müsbət yanaşıb və klub rəsmiləri ilə görüşüb. Onunla 4 illik müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır.