Dünya futbolu

Qvardiolanın 100 milyon avroluq istəyi

Xose Qvardiolanın “Mançester Siti”də görmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, ispan mütəxəssis Leonardo Bonuççinin transferini istəyib.

“Mançester Siti” bu futbolçu üçün “Yuventus”a 60 milyon avro təklif edir. Bonuççinin özünə isə illik 8 milyon avrodan 5 ili əhatə edən müqavilə təklif edilir.

Beləliklə, bu transfer baş tutsa, “Mançester Siti” 29 yaşlı italyan mərkəz müdafiəçisi üçün 100 milyon avro xərcləmiş olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43