15 Avqust 2022
Kateqoriyasız

“Rəqibə qarşı boşluqlar verməməliyik” – Qurban Qurbanov

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” “Sevilya”nın qonağı olacaq. Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın İspaniyaya ezam olunmuş əməkdaşının da iştirak etdiyi konfransda Qurbanov sabahkı oyun haqda bunları deyib:

“Sevilya” qrupda hər şeyi özünə təmin edib. Bizə yaxşı oyun oynamq lazımdı. Böyük komandaya qarşı oynayacağı. Çalışacağıq ki, 90 dəqiqə sona kimi mübarizə aparaq.

Maksim Medvedevin son durumu nə yerdədi?

Maksimin durumu pis deyil. Oynamaq şansı daha çoxdu.

“Sevilya” artıq növbəti mərhələyə çıxıb. Bu sizin işinizi asanlaşdırırmı?

“Sevilya” elə komandadır ki, hər oyun qələbə qazanmağa çalışır. Bakıda da bunun şahidi olduq. Bugünkü açıqlamalardan da görürəm ki, sabah daha çox hücum etmək istədiklərini bildiriblər. Bu komanda heyətdən asılı olmayaraq dinamik oynamağı düşünür. Biz də bunu gözləyirik.

“Qarabağ” burdan yaxşı nəticə ilə qaytmaq üçün hansı oyun üslubuna üstünlük verməlidi?

Bizim öz oyun üslübumuz var. Hər bir halda bəzən durum fərqli olur. Bu rəqibə qarşı boşluqlar az verməliyik. Sürətli futbolçuları var. Bizim üçün vacib olan rəqibi düzgün dəyərləndirib, intizamlı oynamaqdı. Bunu edə bilsək yaxşı nəticə qazana bilərik.

Bu gün sizi narahat edən nədi?

Bəzi futbolçularımın optimal formada olmaması. Bəzən zədə, bəzən sıx qrafik buna səbəb olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Kəpəz”in Vətən müharibəsinin qazisi olan sabiq futbolçusu çarəsiz durumda – Video

admin

“Çempion olub-olmamağımız büdcəyə təsir etməyəcək” – Qurban Qurbanov

admin