28 Fevral 2024
Dünya futbolu

Rəqibə qısa baxış – Farer adaları

UEFA Millətlər Liqasındakı rəqiblərimizdən olan Farer adaları komandası bu axşam Bakıda qonağımız olacaq.

Farer adalarının qısa tarixinə nəzər yetirsək komandanın bilindiyi üzərə çox da ürəkaçan göstəricisinin olmadığını görərik. İlk oyununun 1988-ci ildə İslandiyaya qarşı keçirən komanda qarşılaşmadan 1:0 hesabı ilə məğlub ayrılıb.

Ən fərqli qələbəsi  1995-ci ildə San Marinoya (3:0), 2014-də isə Cəbəllütariqə (4:1) qarşı olub.

Ən fərqli məğlubiyyətləri isə 1998-ci ildə Yuqoslaviyaya qarşı 8-1, 1993-cü ildə Norveçə və Rumınıyaya 7:0 olub.

Farer adalarını 1996-cı ildə Bakıda 3:0 hesabı ilə məğlub etmişik.Qollardan birinin müəllifi hazırda baş məşqçimiz Qurban Qurbanov olub.

Komandanın baş məşqçisi Lars Olsendir. O, 2011-ci ildən bu vəzifəyə təyin edilib.

Farer adaları Azərbaycan yığması kimi heç bir avropa və dünya çempionatı iştirakçısı olmayıb.

Qeyd edək ki, Azərbaycan – Farer adaları matçı bu axşam saat 21:00-da BOS-da oynanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43