18 Sentyabr 2020
Kateqoriyasız

“Rəqiblə durumumuz eynidir” – Qurban Qurbanov

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib:

“Püşkü səbrsizliklə gözləyirdik. Martdan bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik. Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə “Sileks” bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq.

Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədir, ilk olaraq öz komandamı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Topaz Premyer Liqasının III turunun ən yaxşı oyunçusu açıqlandı

admin

“Onlara oyunun vacibliyini anlatmışam” – Qurban Qurbanov

admin

“Neftçi” Fransadan hücumçu transfer edir

admin