05 Oktyabr 2022
Kateqoriyasız

Rəşad Sadıqov: “Bu il Avrokuboklarda çox yaxşı çıxış etmişəm”

“Səhvlər hər zaman olur”

İdmanxeber.az-ın məlumatına görə, Dünən Keçirilən Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşmasından sonra Rəşad Sadıqov oyun barəsində fikirlərini bölüşüb. O, çox yaxşı oynadıqlarını bildirib:

“Bu gün çox yaxşı oynadıq. Üzərimizdə çox təzyiq var idi. Xoşbəxtəm ki, “Qarabağ” beşinci dəfə Avrokubokların qrup mərhələsinə düşür. Uzun illərdir “Qarabağ”ın kapitanıyam. Burada işləyirəm. İş olan yerdə təbii ki, səhv də olacaq. Dərindən baxsaq bu il Avrokuboklarda çox yaxşı çıxış etmişəm. Sadəcə ara-sıra şanssız olmuşam. Etdiyim səhvlərə görə mən də özümü qınayırdım. Ancaq hər şey geridə qaldı”.

Təcrübəli futbolçu milliyə dönüb-dönməyəcəyindən də danışıb:

“Milli karyeramı bitirmişəm. Ancaq sözümün arxasındayam. Nə vaxt ehtiyac olsa geri dönməyə hazıram. Mənim milliyə qayıtmağım səhvlərlə bağlı deyil. Qurban müəllimlə söhbət etmişdik, Ruslan Abışov zədələnəndən sonra bu məsələ gündəmdə idi. Amma müdafiəçimiz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Nazarovdan növbəti qol, komandası qələbə qazandı

admin

“Roma” 1/4 finala belə yüksəldi – VİDEO

Səxavət Qurbanov

“Sabah”la oyunöncəsi “Səbail”də 4 itki

admin