Ölkə futbolu

Rəşad Sadıqov: “Futbolçular kritik vəziyyətdə qələbə qazandılar”

“Zirə” Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az məlumat verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərə təşəkkür edirəm. 10 oyundur qələbə qazanmırdıq. Futbolçulara və mənə mənəvi olaraq dəstək oldular. Qələbəmizi onlara ərmağan edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzmkarlıq göstərdilər. İlk hissə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan görünə bilər, amma çətinliklə oldu. Qarşıda bizi çox vacib oyunlar gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43