Ölkə futbolu

Rəşad Sadıqov karyerasını başa vurdu

Millimizin sabiq müdafiəçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib: “Əvvəl də fikirlərimizdə bildirmişdik ki, onun son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım”.

O, R.Sadıqovun məşqçi kimi klubda qalıb-qalmayacağı ilə bağlı sualı isə belə cavablandırıb:”Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik”.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə “Turan”da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi “Qarabağ”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” ev oyunlarını “Tofiq Bəhramov”da keçirməyəcək

admin

Futbolçular Skarduellinin ad gününü belə qeyd etdi – VİDEO

admin

“Xəzər Lənkəran”da qərar verildi: 6 aydan sonra Lənkərana qayıdır

admin