Kateqoriyasız

Rəşad Sadıqov: “Komandada yorğunluq hiss olunur” – MÜSAHİBƏ

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın 12-ci turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarına cavab verib.

37 yaşlı müdafiəçi ömcə oyunu şərh edib:

– Oyundan əvvəl də çətin olacağını bilirdik. Son turlarda “Sumqayıt” həqiqətən də yaxşı oyun nümayiş etdirirdi. Bilirsiniz ki, komandamızın çoxsaylı futbolçusu milli komandada çıxış edir. Demək olar ki, təkcə dünən komanda şəklində məşq etmişik. Bu matça 7-8 nəfərlə hazırlaşırdıq. Həmişə millinin toplanışından sonra çətinlik çəkmişik. Oyunlarımız ağır alınıb. Amma bəhanə gətirmək, “Sumqayıt”ın qələbəsinə kölgə salmaq istəmirəm. Xüsusən, ikinci hissədə yaxşı çıxış etdilər. Ancaq tam əksinə, bizim ikinci hissədə oyunumuz alınmadı.

 

– İkinci dövrə sizin üçün pis başlayıb. 5 oyuna cəmi 1 qələbə qazanmısınız. Bu gün də məğlub oldunuz.

– Çox sıx qrafikdə oynayırıq. Artıq komandada yorğunluq hiss olunur. Əslində, ilk hissədə yaxşı oynayırdıq. İkinci hissədə tempimiz düşdü. Bunların hamısı yorğunluqdandır. Yorğunluq iyul ayından toplanıb, son qarşılaşmalarda da özünü hiss etdirir.

 

– “Sevilya” ilə ağır səfər oyununuz var. Komandanın yorğunluğu yəqin ki, mənfi təsir edəcək.

– Ümid edirəm ki, təsir etməz. Toparlanmaq lazımdır. Vacib oyundur.

 

– Bu görüşdən nə gözləyirsiniz?

-. Əlimizdən gələni edəcəyik. “Sevilya” ilə qarşılaşırıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xal ilə qayıdaq.

 

– Sonda baş hakim Rauf Cabbarova nəsə izah etmək istəyirdiniz.

– Birinci hissədə epizodla bağlı danışırdıq. Çünki Vüqar Mustafayevə ikinci sarı vərəqəni göstərməyi  düşünürdü. Mən elə başa düşdüm ki, yaxınlaşanda ikinci sarı vərəqənin olacağını bilib, vermədi. Amma ona yaxınlaşırdı. O epizodda göstərməyib, burada niyə göstərdiyi barədə müzakirəmiz oldu.

 

– Bəs, İsmayıl İbrahimliyə göstərilən qırmızı vərəqə ilə bağlı nə düşünürsünüz?

– Həmin epizodu görmədim. Baxmaq lazımdır. Əminliklə qırmızı vərəqəlik epizod olduğunu dedilər.

 

– Qollar təxminən eyni vəziyyətdən vuruldu.

– Hər ikisi top itkisindən oldu. Hücuma çıxarkən bizi yaxaladılar. Bilirdik ki, oyunu bunun üzərində quracaqlar. Birinci hissədə imkan vermədik. İkinci hissə başladıqda isə top itkilərimiz çox oldu. Bundan istifadə etdilər. Təbii ki, sən hücuma çıxanda top itkilərinə yol verirsənsə, arxada boşluqlar yaranacaq, rəqib əks-hücumda yaxalayacaq. Birinci qolu belə buraxdıq. İkinci qol isə daha fərqli idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Partizani”nin uğursuz səfər seriyası

admin

“Qarabağ” Lüksemburqdan zəfərlə dönür!

admin

“Real”dan 48 milyonluq transfer

admin