13 Avqust 2022
Kateqoriyasız

Rəşad Sadıqov: “Oyunçularım hazır deyillər”

U-21 millimiz qələbəni əldən verib.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da keçirilən Azərbaycan – İsrail oyunundan sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqovun oyun haqda fikirlərini bölüşüb:

“Yaxşı komandaya qarşı mübarizə apardıq. Çətin qrupda yer almışıq. Komandamız bu gün daha yaxşı oyun nümayiş etdirə bilərdi. Çünki futbolçuların potensialı buna imkan verir. Mövsümün əvvəli olduğuna görə, bəzi oyunçularımız tam formada deyillər. İsrail millisinin üzvləri isə ölkəsində yüksək liqada çıxış edən klublarda forma geyinirlər. Onlar oyun təcrübəsi baxımdan bizdən daha hazırlıqlıdırlar. Oyun ərzində pressinq tətbiq etməyə çalışdıq və qolu məhz bunun nəticəsində vurduq. Ancaq bunu 90 dəqiqə tətbiq etmək mümkün olmadı, çünki rəqib bizi topsuz oynamağa məcbur etdi. Oyunun gedişatında da gördük ki, rəqib topla yaxşı oynayır. Buna baxmayaraq, hesabı lehimizə dəyişmək və qələbə qazanmaq üçün şanslarımız oldu. Penaltiyə gəldikdə, məşhur futbolçular da bəzən 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilmirlər. Ümumi götürdükdə, nəticə pis deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

ABŞ klubu Rüfət Dadaşovu sifariş etdi

admin

Azərbaycan Premyer Liqasının bərpa tarixi – Rəsmən açıqlandı

admin

“Qarabağ” vətəndə belə qarşılandı – FOTOLAR

admin