25 Sentyabr 2018
Ölkə futbolu

Rəşad Sadıqov: “Təəssüf ki, bizdə futbolu doğru analiz etmirlər”

“Nəticə yoxdursa, tənqid olur”

İdmanxeber.az-ın məlumatına görə, millimiz AÇ-2019-un seçmə mərhələsində növbəti oyununu doğma meydanda Norveçə qarşı keçirib.  Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib:

“Rəqibimiz üstünlüyə malik idi. Çox sevinirəm ki, futbolçular sona qədər mübarizə apardılar. Komandamın oyunundan razıyam”.

– Murad Mahmudov Almaniya klubunu dəyişdiyi üçün millidən ayrıldı. Onun getməsinə siz razılıq verdiniz?

– İşimi fərqli qurmuşam. Futbolçulara şans vermək niyyətindəyəm. Murad hələ 4 ildən sonra millidə oynaya biləcək. Mənimlə məsləhət etdi, getməyinə razılıq verdim.

– Qarşıda seçmə mərhələnin son oyunu gəlir.  Hansı futbolçulara şans verəcəksiniz?

– 1996-97-ci il təvəllüdlü uşaqlar səfərə aparılacaq. Onların içində milliyə namizdə futbolçular var. Həmin futbolçuları oynadırıq, oynadacağıq. Həmçinin gənclərə də şans verirəm ki, gələcək oyunlara motivasiya ola bilsinlər.

– Millimiz Maltaya qalib gələ bilmədi və tənqid olundu. Bununla bağlı fikirləriniz necədir?

– Nəticə yoxdursa, tənqid olur. Təəssüflər olsun ki, bizdə futbolu doğru analiz olunmur. Bu, böyük problemdir. Həm əsas millidə, həm də gənclər millisində praktika ilə bağlı problemimiz olur. Düşünürəm ki, uşaqlar daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

– Millidə lider çatışmazlığı var. Yenidən yığmaya qayıtmağın mümkündür?

– Biz bunu dəfələrlə müzakirə etmişik. Mənə ehtiyac olsa,orda olacam. Məsləhət olsa, oynayacam. Ancaq bu gün belə bir mövzu yoxdur.  Azərbaycan millisinə xidmət etməyə hazırıq. Əgər Azərbaycan futboluna görə daş daşımaq lazım gəlsə, gedəcəyik.

Oxşar xəbərlər

Roman Qriqorçuk: “Nəticədən üzgün deyilik”

admin

Əvəzedici heyətlər: 23-cü turun oyun cədvəli

admin

“Qarabağ”dan “Xəzər Lənkəran”a jest – ÖZƏL

admin