Kateqoriyasız

RƏSMİ: “Xəzər Lənkəran” braziliyalı ilə bügün müqavilə imzalayır

“Xəzər Lənkəran” daha bir futbolçunun keçidini rəsmiləşdirir.

Klubun mətbuat xidmətiin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a bildirib ki, bu gün düşərgədə olan Tieqo ilə müqavilə imzalana bilər.

Tam adı Villian Tieqo de Jesus olan 28 yaşlı futbolçunun son iş yeri ölkəsinin “Fiqueyrense” klubu olub. Mərkəz müdafiəçisi burada 43 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

2009-2010- mövsümündə Yaponiyanın “Kioto Sanqa” klubunun şərəfini qoruyan Tieqo hələ ki, yeganə legioner həyatı yaşadığı klubda 11 oyun keçirdib. O, bundan əlavə ölkəsinin “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara” kimi klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43