Kateqoriyasız

Rəcəbov bu gün liderlə qarşılaşacaq

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 10-cu turda qara fiqurlarla FİDE bayrağı altında yarışan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib. Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) uduzan Rəcəbov yeganə qələbəsini son turda Nakamura üzərində qazanıb.

9 turdan sonra aktivində 4 xal olan Rəcəbov Rapport və Firuzca ilə birlikdə 5 – 7-ci yerləri bölüşdürür. Nepomnyaşi isə 6,5 xalla turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43