Ölkə futbolu

Rəhim Sadıxov “Zirə”də!

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, paytaxt klubu Rəhim Sadıxovla anlaşıb.

Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Azərbaycan milli komandasının da üzvü olan 25 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Solyaris”(Moskva), “Torpedo” (Moskva) klublarında, ölkəmizdə isə “Sumqayıt”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43