Ölkə futbolu

Rəhman Hacıyev: “Hər bir xal bizim üçün çox önəmlidir”

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Sumqayıt”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Hər xalın çöx önəmli olduğunu bildirən yarımmüdafiəçi artıq kubok oyunlarına köklənməyin vacib olduğunu deyib:

“Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki hər bir xal bizim üçün çox önəmlidir. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiəyə “oturmuşdu”, qol buraxmamağa çalışırdı. Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdür, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik ”….


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43