Kateqoriyasız Ölkə futbolu

Rəhman Hacıyev: “İstədiyimizi tam şəkildə yerinə yetirə bilmirik”

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Qaz Metan”la yoxlama oyunundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi bunları bildirib:

“Yaxşı oyun oldu. Düzdür, çatışmazlıqlar da var. Bu olmalıdır. Çünki təlim-məşq toplanışındayıq, yorğunluq var. Buna görə də istədiyimizi tam şəkildə yerinə yetirə bilmirik. Amma hələ vaxtımız var. Çempionat oyununadək tam hazır olmağa, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Qol vurmağıma gəlincə, buna görə çox şadam. Amma əsas qol vurmaq deyil, komandaya mümkün qədər çox xeyir verməkdir. Qələbə münasibətilə komanda yoldaşlarımı və məşqçilərimizi təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43