23 Sentyabr 2024
Dünya futbolu

“Rəqib Avropanın ən yaxşı komandalarından biridir” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqası matçı öncəsi “Mançester Yunayted” oyunundan danışıb.

İdamnxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis axşamkı matçın çox çətin keçəcəyini bildirib. O, Mançester təmsilçisi haqqında xoş sözlər deyib:

“Bizi çox çətin oyun gözləyir. İndi “Mançester Yunayted” Avropanın ən yaxşı komandalarından biridir. Bunu hər matçda göstərirlər. Erik ten Haq əla iş görür. “Mançester Yunayted”  xarakterlə, ehtirasla, ritmlə oynayır. Biz onlara bütün səviyyələrdə uyğunlaşmalı, xarakter nümayiş etdirməli və üslubumuza sadiq qalmalıyıq.

İlk növbədə Avropada mübarizə aparmaq üçün lazım olan xarakteri göstərməliyik. “Mançester Yunayted”in geri qayıtdığını deyə bilərik. Uzun illərin ən yaxşı futbolunu nümayiş etdirirlər. Bu, “Barsa”nın da gücünü göstərmək üçün yaxşı fürsətdir.

Biz bura arzu və həvəslə gəlmişik. Bütün itkilərimizə baxmayaraq, ən yaxşı oyunumuzu ortaya qoymalıyıq.  Hamımız bilirik ki, çətin olacaq, amma növbəti mərhələyə adlaya biləcək komandamız var”.

Tərəflər arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43