Kateqoriyasız

“… rəqibin kimliyindən asılı olmayaraq, qalib gələrik” – Sabir Buqrin

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Avropa Liqasının I təsnifat mərhələsində “Şkupi” üzərində qələbə (2:1) haqda fikirlərini bildirib. Ağ-qara formada ilk qolunu vuran Mərakeş əsilli belçikalı futbolçu gözəl hisslər keçirdiyini deyib:

“Çətin oyun idi, amma qələbə qazandığımız üçün gözəl hisslər keçirirəm. Rəqib bütün komanda ilə arxaya çəkilmişdi. Buna görə də qol vurub onların qapanmasının qarşısını almalı idik ki, bunu da bacardıq. Komandamıza inamım böyükdür. İnanın ki, əgər biz komanda şəklində oyuna tam köklənsək, rəqibin kimliyindən asılı olmayaraq qalib gələrik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43