Dünya futbolu Kateqoriyasız

Rəqibin üzünə tüpürən Duqlas Kosta cəzalandırıldı

“Yuventus”un futbolçusu Duqlas Kosta “Sassuolo” ilə oyunda (2:1) rəqib futbolçu Di Françeskonun üzünə tüpürdüyü üçün sərt cəzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya millisinin üzvü 4 oyunluq diskvalifikasiya edilib.

Kosta Di Françeskoya öncə dirsəklə, sonra təpiklə vurub. Hirsi soyumayan braziliyalı son saniyələrdə italiyalı futbolçu ilə dialoq zamanı üzünə tüprüb. Kosta açıqlamasında üzr istəsə də, Di Françeskonun ona qarşı xoş sözlər demədiyi üçün bu addımı atdığını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43