Ölkə futbolu

Rəşad Sadıqov: “Arsenal” oyunundan sonra üzərimizdə təzyiq yarandı”

Avroliqanın qrup mərhələsinin III turunda evdə “Vorskla”ya məğlub olan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov oyundan sonra açıqlama edib:

“Artıq bu, ilk hal deyil ki, qapımıza gələn 3 zərbənin 2-3-ü qol və ya 1 zərbənin 1-i qol olur. Paltardəyişmə otağında da bunu düşünürük, hücumlar edirik, oyuna nəzarət bizdə olur, amma qapımıza gələn 1-2 zərbə qola çevrilir. “Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı. Çoxlu şansları boşa vermişdik. Ordan xal qazansaydıq, bu oyuna tam fərqli əhval-ruhiyyədə çıxacaqdıq. Adam heç olmasa, bir az həvəslənərdi. İlk iki turda uduzduq. Özü də çox məyusedici məğlubiyyətlər yaşadıq. Həmin məğlubiyyətlər komandamıza psixoloji cəhətdən pis təsir etdi. Xüsusilə də “Arsenal”a uduzmağımızı deyərdim. “Vorskla” müdafiədən oynadı. Bu gün də heç nədən qol buraxdıq. Qol imkanları yaratsaq da, alınmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43