Kateqoriyasız

Rəşad Sadıqov: “Arsenal” qrupun yox, turnirin favoritidir”

Rəşad Sadıqov rəqiblərin güclərindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Avroliqanın E qurpunda “Arsenal”, “Sportinq Lissabon” və “Vorskla” mübarizə aparacaq. Təmsilçimizin kapitanı Rəşad Sadıqov düşdükləri qrup barəsində açıqlama verib.

“Arsenal”ın oyun üslubu Emeri gəldikdən sonra bir az dəyişib. İndi daha çox pressinqlə oynayırlar. Çalışırlar ki, rəqibi öz meydanlarında “boğsunlar”. Onların bir-iki yoldaşlıq görüşlərinə baxmışam. “Sportinq” də, “Arsenal” da çox yaxşı komandalardır. “Arsenal” ümumiyyətlə, turnirin favoritidir. “Vorskla” Ukraynanın klubudur. Təbii ki, biz onların mübarizə aparan, möhkəm komanda olacaqlarını bilirik. Ciddi və güclü qrupa düşmüşük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43