Kateqoriyasız

Rəşad Sadıqov: “Böyük üstünlüyümüz var idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XII turunda “Sumqayıt”a qaşrı ev oyunundan (2:2) sonra fikirlərini bildirib.

Gənc mütəxəssis matçdan sonra keçirilən mtəbuat konfransında deyib:

“Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Mövsümün ən baxımlı görüşlərindən birini izlədik. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Amma gedişat elə idi, hücum etdikdə qapımızda qollar gördük. İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımı səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi. Ən azı “Sumqayıt”la xal fərqini saxladıq. “Keşlə”nin məğlub olduğunu eşitdim. Ona görə də 1 xal daha da dəyərli olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43