18 Oktyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Futbolçular böyük motivasiya ilə çıxış etdilər”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz Naxçıvan” oyunu (2:1) ilə bağlı fikirlərini bildirib.

İdmanxeber.az mütəxəssisin açıqlamasını təqdim edir:

“Hər iki komanda üçün ilk oyun idi. Buna baxmayaraq, sürətli, keyfiyyətli oyunun şahidi olduq. Qarşılaşma onu göstərdi ki, irəlidə bizi maraqlı mübarizə gözləyir. Hər iki komandanən futbolçuları istəkli idi və qələbə qazanmaq üçün hər şeyi edirdilər. Sanki komandalar heç fasiləyə yollanmayıb. Futbolçular böyük motivasiya ilə çıxış etdilər. Bu həm sevindirir, həm də mövsümün qalan hissəsinin necə gərgin və maraqlı keçəcəyini göstərir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43